"Azərsu" Ağdaşda suqəbuledici qurğuların tikintisi üçün tender keçirir

"Azərsu" Ağdaşda suqəbuledici qurğuların tikintisi üçün tender keçirir
10:52 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Su təchizatı və kanalizasiya İnvestisiya Proqramının IV layihəsi üzrə xərclərin qarşılanması üçün Asiya İnkişaf Bankına (AİB) müraciət edib. “Report” xəbər verir ki, kreditin bir hissəsi müqavilə çərçivəsində ödənişlərə istifadə olunacaq. 
Bu layihə çərçivəsində "Azərsu" ASC Ağdaş şəhərində suqəbuledici qurğuların tikintisi məqsədi ilə tender keçirir. İddiaçılar təklifləri noyabrın 25-i saat 16:00-a qədər təqdim etməlidirlər. Tender sənədləri yalnız elektron formatda (DVD diskdə) olmalıdır.
AİB-in birmərhələli, birzərfli təlimatına uyğun olaraq beynəlxalq tender keçiriləcək. Tenderin sənədlərini əldə etmək istəyən iddiaçılar “Azərsu”ya yazılı müraciət etməklə və 500 manat (310 dollar) məbləğində iştirak haqqı ödəməklə şərtlər toplusunu əldə edə bilər.
Tenderdə iştirak edəcək şəxslər minimal illik tikinti dövriyyəsi son üç il ərzində davam edən və ya tamamlanan müqavilələr üzrə ümumilikdə 68 mln. ABŞ dolları olan, iddiaçının maliyyə tələbini, cari müqavilə üzrə öhdəlik və tələbləri qarşılamaq üçün 10 mln. dollar məbləğində müqavilə üzrə avans ödənişindən əlavə likvid səhmlər, xərclənməmiş faktiki səhmlər, kredit xətti və digər maliyyə vəsaitləri kimi maliyyə resurslarının mövcudluğunu təsdiq etməlidir.
Təkliflər son müraciət tarixindən dərhal sonra iddiaçıların iştirakı ilə açılacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azersu-agdasda-suqebuledici-qurgularin-tikintisi-ucun-tender-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR