Qriqorçuk millimizin çıxışından danışdı

Qriqorçuk millimizin çıxışından danışdı
12:47 13 Oktyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlarından danışıb. Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib:


"Çexiya ilə səfər oyunu çətin alındı. Futbolçuların hər birinin öz ölkəsi naminə necə mübarizə apardığı diqqətimi çəkdi. Bu, bir daha göstərir ki, hər bir futbolçu öz ölkəsinin uğuru naminə əlindən gələni etməlidir. İndidən qrupdakı perspektivlər barədə danışmağın mənası yoxdur. Sadəcə, bu nəticələrdən futbolçuların özlərinə inamı artırması baxımından yararlanmaq lazımdır. Futbolda hər şey mümkündür. Qarşıda komandanı daha çətin oyunlar gözləyir. Futbolçuların çalışqanlığına heç bir sözüm yoxdur. Bunu əla səviyyədə etdilər. Azərbaycanlı futbolçuların meydanda ölməyə hazır olduğunu gördüm. Onlar da başa düşürlər ki, daha çox hücum etmək, oyuna nəzarəti əldə saxlamaq lazımdır. Amma indiki məqamda hər şey normaldır. Robert Prosineçkinin işini də xüsusi qeyd edərdim. Onun qurduğu oyun bu nəticələrin qazanılmasından az rol oynamır".

(azerisport.az)



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR