Axşam.az heyvanlar haqqında az bilinən maraqlı faktları təqdim edir:
Buqələmunların dili bədən ölçüsü qədər uzana bilir.
30 metr uzunluğa, 200 tona qədər ağırlığa çata bilən göy balinaların dilinin ağırlığı filin ağırlığı qədər - 2,5 tondur.
Köpəkbalıqları bir damcı qanı 5 km uzaqdan hiss edə bilir.
Alouatta meymunları quruda yaşayan ən gur səsli heyvandır. Onlar qışqırığını ən az 5 km məsafədən eşitmək olur.
Çitalar 3 saniyədə 96 km sürət yığa bilirlər.
Dəniz atlarının erkəkləri doğa bilən yeganə canlıdır.
Yaquar sözünün mənası “bir sıçrayışda öldürər” mənasını verir.
Elektrikli ilan balığı 600 volta qədər elektrik verə bilir.