Bakı. 14 oktyabr. REPORT.AZ/ "Cənub" qaz dəhlizi energetika sahəsində strateji tərəfdaşlığımız çərçivəsində həm Azərbaycan, həm də Avropa İttifaqı üçün vacib layihədir".
"Report" xəbər verir ki, bunu Avropa Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel jurnalistlərə deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycandan Avropaya ilk qazın 2020-ci il yanvarın 1-dən verilməsinə başlanması məqsədi ilə tərəflər qrafikə uyğun işləyir.