Gəncəyə gedən qız yoxa çıxdı - FOTO

Gəncəyə gedən qız yoxa çıxdı - FOTO
17:47 14 Oktyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə 29 yaşlı qız itkin düşüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, 1987-ci ildə Tərtər rayonunda anadan olmuş, Gəncə şəhərində kirayənişin kimi yaşamış Şəlalə Səmədova bu il sentyabrın 15-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

Boyu 1 metr 65 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır.
Evdən gedərkən əynində göy rəngli cins şalvar və zərli kofta, ayağında isə idman ayaqqabısı olub.
 
Şəlalə Səmədovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (055) 331-24-24  nömrəli mobil telefonlara zəng edərək  Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR