Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 14 Oktyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 14 Oktyabr
20:19 14 Oktyabr 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ


Əsədin açıqlamaları onsuz da barıt çəlləyi olan bölgədə maraqlarından vaz keçmək istəməyən tərəfləri daha da qızışdırmaq və belə deyək, özünü unutdurmaq siyasəti təsiri bağışlayır. Bir tərəfdən də həmin tərəflərin aqressiv hərəkətləri Suriya prezidentinin haqlı olduğunu ortaya qoyur.

 

Bağdadla Ankara arasında müşahidə olunan gərginlik, ABŞ-ın hərbi müttəfiqi olan Türkiyənin terrorçu kimi tanıdığı qruplaşmalara dəstək nümayiş etdirməsi, Putinin Suriyanın Xmeymim bazasında Rusiyanın hərbi kosmik qüvvələrinin müddətsiz yerləşdirilməsi barədə sərəncam verməsi vəziyyətin doğrudan da təhlükəli olduğunun real göstəriciləridir. Üstəlik, Yəmən məsələsində İran-Səudiyyə qarşıdurmasına ABŞ-ın artıq hiss olunan müdaxiləsi müharibə təhlükəsinin daha geniş areala daşınacağını proqnozlaşdırmağa əsas verir.

 

Bölgənin əsas oyunçularından olan İsrail isə susqunluğunu qoruyur. Təl-Əvivin qulağının dibində baş verənlərə reaksiyası necə olacaq, bunu yaxın vaxtlarda biləcəyik. Vəziyyət isə bunu deməyə əsas verir - Əsədin açıqlaması bir göz qırpımında reallığa çevrilə bilər...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR