Azərbaycanda yağışlı hava sabah da davam edəcək

Azərbaycanda yağışlı hava sabah da davam edəcək
12:37 15 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bazar günü Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Paytaxt və yarımadada şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 14-17, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacaq. 
Azərbaycanın rayonlarında oktyabrın 16-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/azerbaycanda-yagisli-hava-sabah-da-davam-edecekjgj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR