Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO

Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi  - VİDEO
14:53 17 Oktyabr 2016
65 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Faiq Ağayev “Zanqeyarım” adlı Talış xalq mahnısının promo-versiyasını təqdim edib.

Publika.az xəbər verib ki, qızıl şlyager mahnının tarixçəsi barədə bunları deyib: “Bu mahnını geniş tamaşaçı auditoriyasına ilk dəfə ötən əsrin 60-cı illərində SSRİ-nin Xalq Artisti, dahi Rəşid Behbudov təqdim edib.

“Zanqeyarım” xalq mahnısı talış xalqının folklor nümunəsidir, onu əkin əkərkən, tarlada işləyərkən oxuyarmışlar. Azərbaycanın cənub bölgəsində yerli əhalinin şifahi dildə yaşatdığı bu folklor nümunəsi uzaq keçmişdə talış diyarında keçirilmiş, indi isə unudulmuş bir bayramın olduğundan xəbər verir. Mahnının sözləri sırf bu bayramda icra olunan mərasimlərin əksidir. Əkin-biçin nəğmələrində qorunub saxlanılan bu mərasimlərin təsviri mahnının qədimliyini sübut edir. Talışca “zanq” (zənq) sözü “ay ışığının suda əksi” anlamını verir. Talış qadınları bir zamanlar öz həyat yoldaşları üçün oruc tuturmuşlar. Ay bədirlənib, suyun üzərində əksi görünəndə isə bayram edib, oruclarını açarmışlar. Mahnının mətnində bu maraqlı adət öz əksini tapır”.

“Zanqeyarım” mahnısının sırf qadınla bağlı olduğunu bildirən Xalq artisti qadın dilindən ifa olunduğuna görə, mətndə bəzi zəruri dəyişikliklərin edildiyini qeyd edib: “Bu işdə şair Əli Nasir və yazar Aytən Eyvazonun xidmətləri var. Mahnı ilə bağlı araşdırmaları isə gənc tarixçi Rəzzaq Xansıvo edib”.

Yaxın günlərdə mahnının bütöv versiyası radiolarda yayımlamağa başlayacaq.

Qeyd edək ki, mahnının Azərbaycan mətni Vahid Əzizə, aranjeman: Cavid Şirinova məxsusdur. Post-production & Mastering: Givi Usenaşvili.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR