“SOCAR Türkiye Enerji" payını azaltdı

“SOCAR Türkiye Enerji" payını azaltdı
15:43 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"SOCAR Türkiye Enerji" "Petkim Petrokimya Holding A.Ş."-dəki ümumi dəyəri 152 mln. lirə olan payını satıb.

Publika.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, birjada satılan səhmlərin nominal dəyəri 4,35 lirə, səhmlərin sayı isə 35 mln. ədəddir.

Bununla da "SOCAR Türkiye Enerji" payını 54,65%-dən 53,32%-dək azaldıb. "SOCAR Türkey Petrokimya A.Ş."-nin "Petkim"də sahibi olduğu 51%-lik payında heç bir dəyişiklik olmayıb, birbaşa sahib olduğumuz səhmlər 3,65%-dən 1,32%-ə düşüb", deyə şirkətdən bildirilib.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR