Müdafiə Nazirliyində böyük dəyişiklik: general vəzifəsindən azad edildi

Müdafiə Nazirliyində böyük dəyişiklik: general vəzifəsindən azad edildi
15:47 5 Yanvar 2015
481 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Silahlı Qüvvələrinin Ordu Birliyinin komandiri, general-leytenant Nizam Osmanov vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, onun yerinə general-mayor Hikmət Həsənov təyin edilib.
 
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 
“Silahlı Qüvvələrdə planlı surətdə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, birlik komandiri vəzifəsinə general-mayor Hikmət Həsənov təyin olunub. Əvvəllər həmin vəzifədə xidmət etmiş general-leytenant Nizam Osmanov isə Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunub”, – deyə mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR