Bakıda FHN su basan ərazilərdən əhalini təxliyə edir - VİDEO

Bakıda FHN su basan ərazilərdən əhalini təxliyə edir - VİDEO
22:32 17 Oktyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

İki gündür yağan yağış Bakıda fəsadlar törədib.

Milli.Az APA TV-yə istinadən bildirir ki, fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
 
Fövqəladə Hallar Nazirliyinin qüvvələri Binəqədi, Yasamal, Nərimanov və Sabunçu rayonlarında su basmış ərazilərdən su çəkir və köməksiz vəziyyətdə qalmış vətəndaşlara köməklik göstərir.
 
Paytaxtın Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi və Ordubadi küçəsində əhali təxliyyə edilib, Binəqədi şossesində - Poladəritmə zavodunun yaxınlığında yağış suları çəkilib. Əlavə məlumat veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR