Bakıda yol qəzası tıxaca səbəb oldu - FOTO

Bakıda yol qəzası tıxaca səbəb oldu - FOTO
10:32 18 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yol qəzası tıxaca səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə bu gün səhər saat 08:30-da Bakının Nəsimi rayonu ərazisində baş verib. Rayonun Vaqif prospekti ilə Səməd Vurğun küçələrinin kəsişməsində "Mercedes" və "QAZ 3110" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Hadisə nəticəsində Vaqif prospekti və Səməd Vurğun küçələrində, eyni zamanda, Azadlıq prospektində tıxac yaranıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Yol polislərinin səyi nəticəsində yollarda avtomobillərin hərəkəti bərpa edilib. Ərazidə 1 saata yaxın tıxac olub.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR