Teymur Sadıxov: “Süni intellekti yaratmaqda məqsədimiz insanları işsiz qoymaq deyil”

Teymur Sadıxov: “Süni intellekti yaratmaqda məqsədimiz insanları işsiz qoymaq deyil”
11:37 18 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu yaxınlarda Bakı Ali Neft Məktəbinin (BANM) təşkilati dəstəyi ilə keçirilən “Alternativ gələcəklə əlaqə” layihəsində iştirak edən Azərbaycanlı gənc alim Teymur Sadıxovun müsahibəsi
- Azərbaycana gəlişiniz nə ilə bağlıdır?
- Mən bura Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dəvəti ilə ADEX-də seminar keçmək üçün gəlmişəm. Düzünü desəm, onlardan öncə BANM-də "Alternativ gələcəklə əlaqə" layihəsində seminar keçdim, digər günlərdə sırayla ADEX sərgisində, ADA Universitetində və təkrar Bakı Ali Neft Məktəbində tələbələrə seminarlar keçdim. Bütün seminarlar müddətində zallar tamamilə dolmuşdu, doğrusu, heyran qaldım, çünki robotik elmlərə marağın bu səviyyədə olacağını düşünməmişdim. Fikirləşirəm, uğurlu iş alındı. İnsanların texnologiyalara marağının artması mühüm hadisədir. Gələcək üçün potensiallı gənclər yetişir və bu gənclərin istedadından yaxşı mənada yararlanmaq lazımdır.
- BANM-in rektoru Elmar Qasımov sizinlə tanışlığın 10 illik tarixi olduğunu vurğuladı, bu barədə nə deyə bilərsiniz?
- Mən Türkiyəyə hazırlaşan vaxt - 2003-cü ildən söhbət gedir, Elmar Qasımov Təhsil Nazirliyində nazir müavini vəzifəsində işləyirdi və xaricdə təhsil üçün mənə xeyli dəstək oldu, təkrar onunla görüşmək xoş oldu.
- Süni intellekt sistemlərinin inkişafı gələcək üçün nələr vəd edir? Bu gələcəklə bağlı hansı potensial və problemləri özü ilə gətirə bilər?
- Suni intellektlə bağlı potensial böyükdür, robotlar artıq demək olarki, insanın gördüyü bütün işləri görür, ancaq süni intellekti yaratmaqda məqsədimiz insanları işsiz qoymaq deyil, əsas istəyimiz insan ölümlərinin azalmasıdır. Əgər sükan arxasında olan şəxs yorğundursa və ya alkoqollu içki qəbul edibsə, bu böyük təhlükədir, həmtək sürücü üçün deyil, qarşı tərəf üçün də problemdir. Ancaq öz-özünü idarə edən maşınlarda belə problemlərlə üzləşmək qeyri-mümkündür.
- Hazırda işlədiyiniz Mercedes-Benz şirkəti ilə eyni vaxtda Kaliforniyada yerləşən, özünü idarə edən avtomobillər üzrə kifayət qədər çox iş gormüş Google-X şirkətindən də sizə iş təklifləri olubmu?
- Google-X və Mersedes-Benz şirkəti eyni vaxtda iş təklifi etdilər, Mercedes-Benz şirkətinin layihəsi daha çox xoşuma gəldi. Ona görə də Google-X şirkətinə təkliflərini qəbul etmədiyimi bildirdim. Şirkət bizə yaxın ərazidə yerləşir, onlar da çox iş görür, robotikə ciddi sərmayəyatırırlar. Qabaqcıl şirkətlərdən biridir. Mənim marağım layihəyədir, şirkət adının xüsusi bir önəmi yoxdur.

- Vətənə qayıtmaq haqqında düşünürsünüz?
- Hazırda belə bir planım yoxdu, ancaq bu sahəyə yaxşı investisiya ayrılsa, güclü komandamı da götürüb uğurlu işlər görməyi planlayaram.
Mənimlə işləyən Cənubi Azərbaycandan olan dostlarım sevə-sevə bu işlərdə köməklik göstərərlər. Lakin bunu da qeyd edim ki, indi
kiçik miqyaslı layihələr həyata keçirmək olar, baza tamamlandıqdan sonra böyük işlərə imza ata bilərik.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/teymur-sadixov-baki-ali-neft-mektebinde-heyran-qaldim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR