Orduyla bağlı sərəncam

Orduyla bağlı sərəncam
16:01 5 Yanvar 2015
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Silahlı Qüvvələrinin Ordu Birliyinin komandiri, general-leytenant Nizam Osmanov vəzifəsindən azad olunub.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, onun yerinə general-mayor Hikmət Həsənov təyin edilib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

“Silahlı Qüvvələrdə planlı surətdə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, birlik komandiri vəzifəsinə general-mayor Hikmət Həsənov təyin olunub. Əvvəllər həmin vəzifədə xidmət etmiş general-leytenant Nizam Osmanov isə Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunub”, – deyə mətbuat xidmətindən bildirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR