Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı şəhərində yaşadığı evin damından yıxılan kişi ölüb.
"Report"un Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi xəbərə görə, Ramana qəsəbəsində yaşayan Novruz Paşayev evinin damından yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş N.Paşayev iki gündən sonra orada ölüb.
Araşdırma aparılır.