Gürcüstanda parlament seçkilərinin ikinci turunun vaxtı açıqlanıb

Gürcüstanda parlament seçkilərinin ikinci turunun vaxtı açıqlanıb
15:12 19 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Gürcüstanda parlament seçkilərinin ikinci turu oktyabrın 30-da keçiriləcək.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Mərkəzi Seçki Komissiyası qərar qəbul edib. 
Məlumata görə, seçkilər 48 təkmandatlı-majoritar dairə üzrə keçiriləcək. İki dairədə isə təkrar seçki olacaq.
Təkrar seçki isə oktyabrın 22-inə təyin olunub.
Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilər oktyabrın 8-də olub.

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustanda-parlament-seckilerinin-ikinci-turunun-vaxti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR