ECB-nin açıqlamaları avronun məzənnəsini yüksəldib

ECB-nin açıqlamaları avronun məzənnəsini yüksəldib
17:12 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draginin ECB-nin bu gün keçirilən iclasından sonra mətbuat kofransındakı açıqlamaları avronuin məzənnəsinin artmasına səbəb olub. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, M.Dragi ECB-nin monetar ekspansiya proqramının lazım olarsa 2017-ci ilin mart ayından sonra da davam edəcəyini bildirib. O, bugünki iclasda bu barədə müzakirələrin aparılmadığını bildirib. Avropa zonası iqtisadiyaytının tədricən bərpa olunmağa başladığını bildirən Dragi, risklərin getdikcə azaldığını qeyd edib. 2017-2018-ci illərdə isə inflyasiyanın sürətlənəcəyini vurğulayıb.
Bu açıqlamalar monetar ekspansiya proqramının bitəcəyi kimi anlaşılıb və avronun məzənnəsinin dollarla müqayisədə möhkəmlənməsinə gətirib çıxarıb. USD/EUR məzənnəsi 0,5% möhkəmlənərək 1,1025 səviyyəsinə kimi yüksəlib. Lakin hazırda əməliyyatlar 1,0960 USD/EUR ətrafında aparılır. 
"Report"un analitik qrupu avronun möhkəmlənməsinin müvəqqəti olacağını və yenidən dollara qarşı ucuzlaşacağını proqnozlaşdırır.
Qeyd edək ki, ECB bu gün keçirilən növbəti iclasında gözlənildiyi kimi faizləri dəyişdirməyib - uçot dərəcəsi 0%, depozitlər üzrə faizləri -0,4%, kredit dərəcələri isə 0,25% səviyyəsində təsdiqləyib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/ecb-nin-aciqlamalari-avronun-mezennesini-yukseldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR