İranın Səbzivar şəhərində su quyusunda 5 nəfər boğulub.
APA-nın Tehran bürosunun məlumatına görə, 6 nəfərlik qrup 120 metr dərinlikdə olan quyuda dərinləşdirmə işi görərkən uçqun baş verib.
İşlər 80 metr dərinlikdə həyata keçirilib.
Quyu dərin olduğu üçün xilasetmə işlərinin həyata keçirilməsində
çətinliklər yaşanır. Quyuya düşmüş şəxslərin çıxarılması üçün
axtarış işləri davam etdirilir. Bu məqsədlə quyunun ətrafında dərin
tunel qazılır.