"Bank Standard"ın əmanətçilərinə XƏBƏR VAR

"Bank Standard"ın əmanətçilərinə XƏBƏR VAR
16:12 21 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Müflis elan edimiş "Bank Standard"ın bəzi əmanətçilərinə kompensasiyalar xarici valyutada qaytarıla bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, əgər əmanətçi bankda hesabında iki valyutada vəsait saxlayırsa, həmin pullar cəmlənir və kompensasiya manatla qaytarılır. Başa düşmək lazımdır ki, hökumət müştərilərə onların vəsaitini qaytarmır, əmanətlər üzrə kompensasiya ödəyir.

Məsələn, əgər siz qəzaya düşmüsünüzsə, sığorta şirkəti sizə yeni avtomobil bağışlamır, milli valyutada kompensasiya verir. Biz ölkə hökuməti ilə bu məsələni (kompensasiyaların xarici valyutada verilməsi ilə əlaqədar) müzakirə etdik.

Mən heç bir vəd vermək istəmirəm, lakin biz əmanətçilərin milli və xarici valyutada vəsaitlərini kompenasasiya etmək üçün üsul tapmağa çalışacağıq. Düzdür burada söhbət kiçik məbləğlərdən gedir. Bu, qarışıq əmanətləri olan əmanətçilərə aiddir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR