Qızlar yataqxanası yandı: 3 qız tüstüdən zəhərləndi - FOTO

Qızlar yataqxanası yandı: 3 qız tüstüdən zəhərləndi - FOTO
13:47 22 Oktyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Adanada qızlar yataqxanasında başlayan yanğın hər kəsi qorxudub.

Milli.Az milliyet-ə istinadən bildirir ki, yanğın yataqxananın dördüncü mərtəbəsində baş verib.

Səbəbi hələ ki, məlum olmayan yanğın yanğınsöndürmə briqadaları tərəfindən söndürülərək alovun digər mərtəbələrə keçməsinin qarşısı alınıb.

Yataqxanadakı qızlar yanğın binanı bürüməmiş təxliyə ediliblər. Tüstüdən zəhərlənən 3 qızın həyatını xilas etmək mümkün olub.

Yanğının baş verdiyi mərtəbədə tələbələrin əşyaları tamamilə yanaraq kül olub.

Hadisə ilə əlaqədar istintaq başlanılıb.

Təhməz Təkin

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR