“Gizlənpaç”ın ilk videosu

“Gizlənpaç”ın ilk  videosu
13:51 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Aktyor Müşviq Şahverdiyevin “Gizlənpaç” filminin ilk reklam çarxı yayımlanıb.

Axşam.az-ın məlumatına görə, ekran işinin qala gecəsi noyabrın 11-də Nizami Kino Mərkəzində baş tutacaq. M.Şahverdiyev bildirib ki, filmin uğur qazanacağına inanır.

Qala gecəsinə biletlərin qiyməti 15 manatdır. Noyabrın 12-dən etibarən “Gizlənpaç” şəhərin bütün kinoteatrlarında nümayiş olunacaq.

Qeyd edək ki, ekran işində M.Şahverdiyevlə yanaşı, İlkin Misgərli, Zarina Qurbanova və Səməd Səfiyarov rol alıblar. Romantik komediya janrında olan filmin rejissoru Elmir Süleymanovdur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR