""Barcelona" bir futbolçunun sayəsində bu cür oynamağı bacarır"

""Barcelona" bir futbolçunun sayəsində bu cür oynamağı bacarır"
14:47 22 Oktyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Xosep Qvardiola "Barselona" və "Mançester Siti"ni müqayisə etməyin əleyhinədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis katalon klubunun oyun tərzini "Siti"yə gətirmək fikrində olmadığını ifadə edib.

"Komandamın "Barselona" kimi oynamağını istəmirəm. "Barselona" bir futbolçunun sayəsində bu cür oynamağı bacarır. Burada çoxları deyirdi ki, Qvardiola ingilis futbolunu dəyişdirməyə gəlib. Mən deyirdim ki, "Mançester Siti"ni ona görə seçdim ki, məni dəyişdirməsinlər. Nəsə öyrənmək istəyirəm. Oyunçuları dəyişməliyəm ki, onlar qalib gəlib bundan həzz alsınlar. Buna görə məni dəvət ediblər. Yeni futbolçularımın oyun keyfiyyətlərinə özüm adaptasiya olmalıyam".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR