Şəkidə 51 yaşlı kişi göbələkdən zəhərləndı

Şəkidə 51 yaşlı kişi göbələkdən zəhərləndı
20:22 23 Oktyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 51 yaşlı kişi göbələkdən zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şəki rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün saat 14:30 radələrində rayonun Kosalı kənd sakini, 1965-ci il təvəllüdlü Nüsrət İsmayıl oğlu Əhmədov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
 
Müayinə zamanı məlum olub ki, 51 yaşlı N. Əhmədov kəndin ərazisindəki çöl sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ərazidən göbələk yığıb, onu bişirərək yeyib.  Göbələk yedikdən bir qədər sonra N. Əhmədov özünü pis hiss etməyə başlayıb.
N. Əhmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətini nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR