Zemfira kovboy obrazında - fotosessiya

Zemfira kovboy obrazında -  fotosessiya
09:31 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Aparıcı Zemfira Adılgözəlova yeni fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, aparıcı bildirib ki, bu fotosessiya ilə uşaqlıqdan ürəyində olan arzusunu gerçəkləşdirib:

"Hər zaman Mərkəzi Amerika, Meksika filmlərinə maraqla baxırdım. Orada kovboyların at çapmaları, həyatı mənə maraqlı gəlib. Uşaqlıqdan istəmişəm ki, hər hansı filmdə kovboy obrazında rol alım. Bu arzum reallaşmadığından, istədim fotosessiya ilə də olsa, özümü kovboy obrazında görüm.

Bir neçə həftə “Elite Horse & Polo Club“da atçılıq dərslərinə getdim. İstəyirdim fotolarda obrazımı tam olaraq canlandırım. Gördüyüm işə səhlənkar yanaşa bilmirəm".

Teleaparıcının makiyajı üzərində stilist-vizajist Nura Babayeva çalışıb. Fotoların müəllifi Ruslan Teymurfulatovdur.










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR