Oğurluq və soyğunçuluqda təqsirləndirilən şəxs tutuldu

Oğurluq və soyğunçuluqda təqsirləndirilən şəxs tutuldu
14:12 24 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda oğurluq və soyğunçuluqda təqsirləndirilərək axtarışa verilən şəxs yaxalanıb.

Milli.Az DİN-ə istinadən bildirir ki, Baş Cinayət Axtarışı İdarəsi, Abşeron RPİ və Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan Ayhan Səfərov tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun Ağcabədi rayon sakini Elgün Hüseynovla birgə oktyabrın 15-də Elşən Hüseynova məxsus "VAZ-2104" markalı avtomobili qaçırması müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə E.Hüseynov tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 19-da Novxanı qəsəbə sakini Vüsal Abbasova məxsus evdən məişət əşyaları oğurlaması da müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/482511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR