BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir

BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir
17:18 24 Oktyabr 2016
15 Ölkə
Ölkə mətbuatı
A- A+

“BMT ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərini dəstəkləyir”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Bakıdakı Rezident Əlaqələndiricisi Qulam M.İshaqzai bildirib.

O deyib ki, BMT Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllini görmək istəyir:

“Bu münaqişənin sülh yolu ilə həllinin əldə olunması ATƏT-in Minsk qrupunun və iki ölkənin öhdəliyindədir. BMT-nin Baş ofisi isə bu məsələdə hər zaman öz köməyini göstərməyə hazırdır. Bununla bağlı baş katib də öz fikrini bildirib”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR