Zeynab Kazımova beynəlxalq mətbuat birliyinin bölmə rəhbəri oldu

Zeynab Kazımova beynəlxalq mətbuat birliyinin bölmə rəhbəri oldu
18:28 24 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş ofisi Parisdə yerləşən və dünyanın 110 ölkəsindən olan 3000 media təmsilçisini birləşdirən Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin (BFMB) Azərbaycan bölməsinin təsis yığıncağı keçirilib.

Publika.az xəbər verir ki, yığıncaqda Azərbaycanda yeganə fransızdilli qəzet olan “Le Carrefour” qəzetinin təsisçisi və baş redaktoru, www.lecarrefour.az saytının rəhbəri Zeynab Kazımova çıxış edərək, BFMB-in Azərbaycan bölməsinin yaradılmasının vacibliyindən söz açıb.

O, bildirib ki, Birliyin Azərbaycan bölməsinin yaradılması Azərbaycanın dünya mediası ilə əlaqələrinin qurulması və xarici mediaya çıxış imkanının əlsə olunması istiqamətində addım kimi qiymətləndirilə bilər. Bu da cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan KİV-i və jurnalistlərinin xarici media məkanına inteqrasiyasını artıracaq. Azərbaycanda beynəlxalq səviyyəli, xarici dil bilən jurnalistlərin ölkəmizin təbliğatı naminə belə birlik və təşkilatlarda təmsil olunmasının əhəmiyyətini vurğulayan Zeynab Kazımova 2002-ci ildən üzv olduğu Birlikdə dünyanın 100-dən çox ölkəsindən müxtəlif yönümlü, müxtəlif təmayüllü media nümayəndələrinin cəmləndiyini bildirdi. O dedi ki, BFMB-in imkanları daxilində Azərbaycan bölməsində təmsil olunan azərbaycanlı jurnalistlərə dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə ünsiyyətin qurulması, onlarla təcrübə mübadiləsi imkanı verəcək. Fransızdilii jurnalistləri öz ətrafında toplayacaq bölmənin üzvləri gələcəkdə Birliyin müxtəlif ölkələrdə keçirdiyi seminar və sessiyalarında iştirak imkanı qazanacaq ki, bu da məhz Azərbaycan mediasının xaricdə media resursları ilə əməkdaşlıq imkanlarının yaradılmasına və tədbirlərdə xarici jurnalistlərlə təmas onlara ölkəmiz haqqında doğru-düzgün təsəvvürün yaranmasına və birbaşa informasiya mübadiləsinə şərait yaradacaq.

Birliyin üzvləri içərisində fransızdilli olmayan, lakin xarici dil bilən və Fransaya, fransız mədəniyyətinə, tarixinə, fransız dilinə sevgisi olanlar da var. Zeynab Kazımova gələcəkdə Birliyin Azərbaycan bölməsində olan jurnalistlər üçün fransız dili kurslarının təşkilinin planlaşdırıldığını deyib.

Beləliklə, iclasda iştirakçıların yekdil səs çoxluğu ilə Zeynab Kazımova Birliyin Azərbaycan bölməsinin rəhbəri seçildi. Həmçinin, daxili struktur müəyyənləşdirilib.

Qeyd edək ki, BFMB 1950-ci ildə təsis olunub və BMT, UNESCO kimi beynəlxalq təşkilatlar tərəfindən tanınan jurnalistlər birliyidir.

Xatırladaq ki, Zeynab Kazımova Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR