"Səni darmadağın edən komandanın futbolçuları ilə deyib-gülmək lazım deyil"

"Səni darmadağın edən komandanın futbolçuları ilə deyib-gülmək lazım deyil"
00:05 25 Oktyabr 2016
85 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in əfsanələrindən olan Rayan Qiqqs komandanın son turda "Çelsi" tərəfindən darmadağın olunmasına (0:4) biganə qala bilməyib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Premyer Liqanın studiyasında qonaq olan uelsli mütəxəsis "qırmızı şeytanlar"ın bəzi futbolçularını tənqid edib.

"Hər bir komanda məğlub ola bilər. Amma bu məğlubiyyətdən sonra rəqiblə forma dəyişdirmək xoşuma gəlmir. Bu məsələdə məni mühafizəkar hesab edə bilərsiniz. Sənin komandan 0:4 hesabıyla uduzubsa, rəqibi təbrik et, azarkeşlərə təşəkkürünü bildir və paltardəyişmə otağına yollan. Meydançanın ətrafında gəzişib səni darmadağın edən komandanın futbolçuları ilə deyib-gülmək lazım deyil".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR