“Report”un xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
O bildirib ki, qiymətləndirmənin keçiriləcəyi rayonlarda müəllimlərə prosedurlar izah edilir: “Təbii ki, bu izahatlar verilərkən ötən illərin təcrübəsi də nəzərə alınacaq”.
Nazir müavini qeyd edib ki, növbəti diaqnostik qiymətləndirmədən sonra əməkhaqqısı artırılan müəllimlərin sayının 100 minə çatacağı nəzərdə tutulur.