Xalq artisti Soso Pavliaşvilinin ittihamlarına cavab verdi

Xalq artisti Soso Pavliaşvilinin ittihamlarına cavab verdi
17:27 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanın məşhur kinodramaturqu, ssenaristi və rejissori, helə Sovetlər Birliyi dönəmində gözəl ssenariləri ilə tanınan Ramiz Fətəliyev bir müddət öncə gürcü əsilli Rusiya müğənnisi Sosi Pavliaşvili tərəfindən təhqir olunmuşdu.

Pavliaşvilinin Bakıda konsert verməsinə etiraz edərək, ona açıq məktubda "Soso, Bakıya gəlmə" deyən Fətəliyevə müğənni Rusiya saytların birində təhqiramiz ifadələrlə cavab vermiş, tanınmış həmyerlimizə "mənim hasabıma onu tanıdılar, indi mənə heç olmasa bir butulka konyak bağışlamalıdı, belələri bekardır, onlara sümük atsan, gəmirəcəklər" ifadələrini işlətmişdi.

Pavliaşvili qeyd etmişdir ki, o, insanları miliyətinə görə tanımır, onları hərəkətinə görə tanıyır və heç kəs ona ermənilərlə dostluq etməyə qadağa qoya bilməz.

Milli.Az bildirir ki, atv.az Ramiz Fətəliyevdən bu məsələyə münasibət bildirməyini xahiş etdikdə, o, belə açıqlama verdi:

"İndicə bu şəxsin cavabını oxudum. Hələlik onu deyə bilərəm ki, onunla bir məsələdə razıyam - bir butulka konyak məndən! Ona görə ki, mənim iddiam məhz onun hərəkətlərinədir, onun millətinə və ya hansısa digər bir istəyinə görə deyil. Məhz onun bizə qarşı etdiyi hərəkətə görə də mən istəməzdim ki, o, Bakıya gəlib, burada konsert versin. Amma hardasa görüşsək, məni "məşhurlaşdırdığına" görə ona konyak bağışlayacam - bu problem deyil, bu, sadəcə, onun kino aləmindən xəbərsiz olduğunu göstərir. Biz cənab Pavliaşvilinin yaddaşının zəif olduğuna öyrəncəkliyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/483073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR