SKMF Samuxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Samuxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
10:22 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Samux rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Fond sahibkarlardan iri taxılçılıq, kartofçuluq, üzümçülük, cins heyvandarlıq və istixana təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172; tel.: (012) 434 74 29, faks: (012) 432 37 17; e-mail: info@anfes.gov.az) müraciət edə bilərlər.
Qeyd edək ki, Fond oktyabrın 20-də rayonda işgüzar forum keçirib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/skmf-samuxda-sahibkarlardan-investisiya-layihelerinin-qebuluna-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR