Mozaikaları sökdürən rektordan növbəti QALMAQALLI ADDIM

Mozaikaları sökdürən rektordan növbəti QALMAQALLI ADDIM
13:18 26 Oktyabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Son dövrlər başı qalmaqallardan açıqlamayan Bakı Slavyan Universiteti indi də içşilərinin narazılıqları ilə yenidən gündəmə gəlib.

Universitetin texniki işçiləri son günlər maaşlarının ciddi azalmasından şikayətləniblər. Bildiriblər ki, hələ bir müddət əvvəl universitetin fasadı üzərindəki tarixi mozaikaları sökməklə mətbuatın gündəmini zəbt edən qalmaqallı rektor Nurlana Əliyevə indi də işçilərin maaşlarını azaldıb.

“Bizə bildirirlər ki, 400 manat maaş alanlarınız bu aydan etibarən 200-250 manat alacaqlar. Bəhanə olaraq da irəli sürdülər ki, texniki işçilər nəyə görə professorlardan çox pul almalıdırlar ki? Hər şeyin gün-gündən bahalaşdığı bir dövrdə maaşlarımızın azalmasını anlaya bilmirik. Onsuzda aldığımız maaşla təlabatımızı güclə ödəyirdik. İndi nə edəcəyik? Belə olmaz axı. Əziyyət çəkirik qarşılığını almalıyıq da. Birinin xəstəsi, birinin banka borcu, başqa birinin digər problemləri var. Düşünürük ki, bu yanlış yanaşmadır. Köhnə rektorun dövründə niyə normal maaş alırdıq? İndi nə dəyişdi ki? Biz bu qərardan narazıyıq”.

Məsələ və şikayətçilərin sulları ilə bağlı Slavyan Universitetinə müraciət etdik. Təhsil ocağının yeni təyin edilən mətbuat katibi İbrahim Quliyev redaksiyamıza açıqlamasında faktı təstiq edərək bildirdi ki, doğrudan da texniki işçilər bundan sonra daha az maaş alacaqlar. Ancaq bunun səbəbləri var:

İbrahim Quliyev- Mətbuat katibi

“Məsələ təxminən bir-iki həftə əvvəl baş verib. Bu, əməkhaqqlarının aşağı salınması deyil. Universitetdə “ölü canlar” olub. Onlar özləri bizim universitetdə çalışmadıqları halda adlarına maaş yazılıb. Həmin “ölü canlar” rəhbərlik tərəfindən silindi və nəticədə də onlar tərəfindən narazılıq yarandı. İkinci məsələ isə maaş şkalasının düzgün müəyyənləşməməsi idi. Məsələn texniki işçi var idi ki, maaşı 450 manat idi. Onlar bildirirlər ki, bizə 450 manat maaş yazılsa da 300 manat alıblar. 150 manat söhbətinin nə olduğu hələ də bilinmir. Sadəcə indi bu kimi məsələlərə aydınlıq gətirilib və süni şəkildə şişirdilmiş maaşlar qanunvericiliyə uyğun olaraq tənzimləndi. Nəticədə də müəyyən adamlar maaşlarının azalmasına narazılıq etdilər”.

Mətbuat katibi bildirdi ki, məsələ artıq narazı işçilərin maaşlarına 50 manat əlavə edilməsi yolu ilə həll edilib: “Həmin işçilər rektorla görüşdülər və onlara bildirildi ki, yaxşı çalışanların əməyi, iş şəraiti qiymətləndirilicək və onların maaşlarına əlavələr ediləcək. Onsuzda narazılığa da heç bir səbəb yoxdur axı. Bu gün ölkədə professor 500 manat maaş alır. Amma təmizlik işçisinin 450-500 manat manat əməkhaqqı alması anlaşılmaz bir şeydir”. (A24.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/173592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR