İkinci Dünya Müharibəsində həlak olmuş 206 azərbaycanlının məzarı tapıldı

İkinci Dünya Müharibəsində həlak olmuş 206 azərbaycanlının məzarı tapıldı
15:28 26 Oktyabr 2016
145 Ölkə
Ölkə mətbuatı
A- A+

İkinci Dünya müharibəsində həlak olmuş 206 azərbaycanlının Moldovada dəfn yeri tapılıb.

Bu barədə Respublika Veteranlar Təşkilatından məlumat verilib.

Bildirilib ki, Moldovada Azərbaycanın bu ölkədəki səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində itkin düşmüş hesab olunan azərbaycanlılardan 206 nəfərin kimliyi, təvəllüdü, rütbələri, hərbi xidmətə çağırıldıqları tarix, məntəqələr, dəfn yerləri müəyyən olunub, sənədlərinin saxlandığı arxivlər dəqiqləşdirilib.

Onların 223-cü milli atıcı diviziyanın üzvləri olduğu ehtimal edilir.

Qeyd edək ki, 223-cü milli atıcı diviziya 1942-ci ilin yayından Şimali Qafqazdan başlayaraq, Ukrayna, Moldova, Bolqarıstan, Yuqoslaviya və Macarıstandan Avstriyanın paytaxtı Vyanaya qədər döyüş yolu keçib. (apa)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR