Sumqayıtda intihar - 31 yaşlı kişi özünü asıb

Sumqayıtda intihar - 31 yaşlı kişi özünü asıb
10:05 27 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə oktyabrın 26-da baş verib. Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Eminov Fuad Şirvan oğlu yaşadığı Sumqayıt şəhəri, 29-cu məhəllə, bina 13/14, mənzil 25-də özünü giriş qapısından asaraq intihar edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR