Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib.
İlham Əliyev bu gün həmçinin Uruqvayın ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın
etimadnaməsini qəbul edib.