Əri tərəfindən öldürülən qadınla bağlı RƏSMİ MƏLUMAT

Əri tərəfindən öldürülən qadınla bağlı RƏSMİ MƏLUMAT
12:39 27 Oktyabr 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 25-də Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini İlhamə Talıbovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

 

Suraxanı RPİ 30-cu PB və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətlin onun əri Azər Ağayev tərəfindən törədilməsi, həmçinin A.Ağayevin hadisədən sonra Qala qəsəbəsi ərazisində idarə etdiyi “Peugeot” markalı avtomobili paytaxt sakini Kamil Sultanovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurması və nəticədə xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

 

A.Ağayev nəzarətə götürülüb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR