YUNİSEF: Suriyada bombardman nəticəsində 22 şagird, 6 müəllim ölüb

YUNİSEF: Suriyada bombardman nəticəsində 22 şagird, 6 müəllim ölüb
14:47 27 Oktyabr 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Suriyanın İdlib şəhərindəki məktəbin bombalanması nəticəsində 22 şagid və 6 müəllim həyatını itirib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (YUNİSEF) icraçı direktoru Entoni Layka məlumat yayıb.
O, hücum edən tərəfin adını açıqlamayıb.
Xatırladaq ki, Suriyanın şimal-qərbində yerləşən İdlib şəhəri 2015-ci ilin martında Bəşşar Əsəd rejiminə müxalif qrupların nəzarəti altındadır. BMT-nin məlumatına görə, 2011-ci ilin martından Suriyada davam edən silahlı qarşıdurma nəticəsində 220 mindən çox insan ölüb. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yuni-sef-suriyada-bombardman-neticesinde-22-sagird-6-muellim-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR