Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib
18:54 27 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev çexiyalı həmkarı Miloş Zemananı təbrik edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir: “ Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram”

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR