Baş direktor avtobuslardakı vəziyyəti şəxsən yoxladı - BAKIDA

Baş direktor avtobuslardakı vəziyyəti şəxsən yoxladı - BAKIDA
11:29 28 Oktyabr 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

İctimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin avtobuslarla rahat və təhlükəsiz gediş gəlişinin daha da yaxşılaşdırılması Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində əsas prioritetlərdəndir. Agentliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bu prinsiplərin yerinə yetirilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər (daşıyıcılar) qarşısında bir sıra tələblər qoyub. Qoyulan tələblərin icrasına nəzarət və ictimai nəqliyyat sistemində mövcud vəziyyətlə yerində tanıiş olmaq məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin rəhbərliyinin iştirakı ilə mütəmadi olaraq monitorinqlər keçirilir. Növbəti belə monitorinq metronun “Koroğlu” stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzində keçirilib.

 

Monitorinqdə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli, agentliyin müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak edib. Monitorinq çərçivəsində NMM-ə daxil olan marşrut xətti üzrə avtobuslara baxış keçirilib və sərnişindaşımada istifadə edilən avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır. Bununla yanaşı bir sıra avtobuslarda sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib. Monitorinq zamanı aşkarlanan bütün çatışmazlıqlar ayrı ayrılıqda aktlaşdırılıb. Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

 

Bir daha daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edilib ki, mövcud vəziyyət qısa vaxtda aradan qaldırılmayacağı təqdirdə onlara qarşı qanuna müvafiq ən sərt tədbirlər görüləcək.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257889

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR