Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisi təşkil olunacaq

Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisi təşkil olunacaq
11:37 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisi təşkil olunacaq.
Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sərgi noyabr ayının 8-də baş tutacaq.
Muzeyin “Etnoqrafiya”, “Xüsusi” və “Arxeologiya” fondlarının materiallarının cəlb edildiyi sərgidə 250 eksponat nümayiş olunacaq. Ziyarətçilər baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, həmçinin kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəkləri ilə tanış ola biləcəklər.
Sərgi fevralın 1-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/milli-azerbaycan-tarixi-muzeyinde-qadin-geyim-bezekleri-sergisi-teskil-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR