""Qalatasaray"da oynamaq arzularımdan biri idi"

""Qalatasaray"da oynamaq arzularımdan biri idi"
19:47 28 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın dayaq yarımmüdafiəçisi Tolqa Ciğerci klubun kanalına açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Almaniyada doğulan futboçu "Qalatasaray"da oynamaqla arzularından birinin həyata keçdiyini deyib.

"Ən çox qaçan və ötürmə verən oyunçu olmaq fikrim yoxdur. Tək istəyim komandaya kömək etməkdir. Ancaq çalışmaqla statistikamı yaxşılaşdırmaq istəyirəm. Qolların və məhsuldar ötürmələrin sayını artırmaqla oyunuma daha çox bəzək qata bilərəm".

"Almaniyada olduğum zaman kafelərə gedib dostlarımla "Qalatasaray"ın oyunlarını izlərdim. İndi həmin dostlar mənə zəng edib - "Vaxtilə oyunlara səninlə baxardıq, indi özün "Qalatasaray"da oynayırsan" - deyirlər. Almaniyada yaşadığım vaxtlar hansı komandaya azarkeşlik etdiyimi soruşanlara tərəddüdsüz "Qalatasaray" deyirdim. Burda oynamaq arzularımdan biri idi. İnanılmazdır, komandanın heyətində keçirdiyim ilk oyunumdaca (red. Türkiyə Superkuboku) titul qazandım. Türkiyə millisində oynamaq da məni xoşbəxt edir. "Ay ulduz"lu formanı daşımaq mənim üçün şərəfdir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR