İnsan elmdən nə zaman ayrıla bilər?

İnsan elmdən nə zaman ayrıla bilər?
08:37 29 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Elm - elə bir nemətdir ki, sonu yoxdur. İnsan bu yolda hər nə qədər irəli getsə də, daha çox məchullarla rastlaşar. İslam dini elm öyrənməyə xüsusi dəyər verir. Ona görə də İslam dinində elmdən ayrılmaq mənasız bir sözdür. Həqiqi müsəlman elminə heç bir zaman son verməz, həmişə axtarışda və elm dalınca olar. Daima tələbə və şagird olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, övladın valideyn üzərində olan haqqı budur ki, onu elmdən bəhrələndirsin. İslam dini müsəlmanları elm öyrənməyə, xüsusilə də İlahi elmləri öyrənməyə dəvət edir. Təlim və tərbiyəni hamı üçün vacib bilir. İnsan gərək uşaqlıqdan ölənə qədər elm öyrənsin.
İmam Əli (ə) buyurur: "Övladlarınızı elm öyrənməyə dəvət edin".
Bir gün İmam Həsən (ə) övladlarını və qardaşı övladlarını toplayıb buyurur: "Siz bugünkü cəmiyyətin övladlarısınız. Tezliklə sabahkı cəmiyyətin böyükləri olacaqsınız. Ona görə də elm öyrənin, sizlərdən hər kimin hafizəsi güclü deyilsə, mövzunu yazsın və onu evində saxlasın".
Bu dünyada heç bir şey elm qədər dəyərli deyildir. Belə ki, ümmətlər elm vasitəsilə cavidan yaşayır. Bir insanın nəfsani şərafəti və şəxsiyyəti onun vasitəsilə müəyyən olunur. Elm toplamaq ibadətdəndir. Alim o kəsdir ki, gözlərinin ikisini də açmış və həqiqətləri görməkdədir. Vəzifəsi isə həqiqəti görməyənlərə düz yolu göstərməkdir.
Həzrət Peyğəmbər (s) buyurur: "Alimin abiddən üstün olması, günəşin ulduzlardan üstün olması kimidir. Abidin qeyri-abiddən üstün olması isə Ayın ulduzlardan üstün olması kimidir".
İbadət və şücaət insana o zamanə qədər fayda verir ki, insan sağdır. Lakin öləndən sonra onun üçün artıq faydalı olmaz. Sadəcə gözəl adı qalar. Ancaq alim o vaxta qədər ki, elmi qalar, təsiri cavidan olar.
"O zaman ki, cümə gecəsi olar, Peyğəmbərin (s) pak ruhu, Məsumların (ə) ruhları və bizim ruhumuz onlarla ərşə qalxar. Ruhlarımız bədənimizə o zamana qədər qayıtmaz, məgər təzə elm ilə. Əgər belə olmasaydı, elmimiz sona çatardı".
Başqa bir hədisdə Peyğəmbərdən (s) oxuyuruq ki, buyurub: "O gün ki, gəlib çatacaq və məni Allaha yaxınlaşdıran elmim artmazsa, o gün günəşin çıxması mənə mübarək olmasın".
Bu hədislərdən göründüyü kimi Peyğəmbərimiz (s) elm dənizi olmasına baxmayaraq, ömrünün sonuna qədər yenə də elm öyrənmiş və bundan yorulmamışdır. Ona görə də hər kim Həzrətin (s) davamçısı olmaq istəyirsə, gərək onun sünnətini davam etdirsin və elm öyrənməkdən yorulmasın. İnsanın həmişə elm öyrənməyə ehtiyacı vardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR