"Mən Bergüzarın əri olmasaydım da..." - Halit Ergenç öpüşmə səhnəsi haqda

"Mən Bergüzarın əri olmasaydım da..." - Halit Ergenç öpüşmə səhnəsi haqda
14:41 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Min bir gecə" serialından illər sonra "Vatanım sensin"də həyat yoldaşı Bergüzar Korellə yenidən tərəf müqabili olan Halit Ergenç birlikdə işləməyin müsbət tərəflərindən danışıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor öpüşmə səhnələri haqda fikirlərini bölüşüb:

"Bergüzar çox peşəkar aktrisadır. Təbii ki, həyat yoldaşı olunca çəkilişlər daha rahat keçir. Ancaq mən əri olmasaydım da, Bergüzarla çox rahat çəkilərdim".

H.Ergenç serialının Kıvanç Tatlıtuğ və Tuba Büyüküstünün "Cesur ve Güzel" serialı ilə eyni günə düşməsindən də bəhs edib:

"Kıvanç zəng vurub təbrik etdi. Bu sahə belədir, dostluqlar ayrı, iş ayrı. Allah hər kəsə layiq olduğunun qarşılığını versin".

Qeyd edək ki, "Vatanım sensin"nin cümə axşamı ilk seriyası yayımlanıb. Serial reytinqlərin çoxunda ilk pillədə yer alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR