Saxta sənədlər vasitəsilə ölən uşağının adına pul alan şəxs barəsində cinayət işi başlanıb

Saxta sənədlər vasitəsilə ölən uşağının adına pul alan şəxs barəsində cinayət işi başlanıb
15:32 29 Oktyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ Saxta sənədlər vasitəsilə ölən uşağının adına pul alan Kəlbəcər rayon sakini barəsində cinayət işi başlanıb.
Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib. 
Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 1973-cü il təvəllüdlü Bəxtiyar Şəmistan oğlu Əliyev 2009-cu ildə ölən azyaşlı uşağının adına olan saxta sənədlər vasitəsi ilə 2009-2015-cu illər ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən maddi yardım alıb.
B.Əliyev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/saxta-senedler-vasitesile-olen-usaginin-adina-pul-alan-sexs-baresinde-cinayet-isi-baslanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR