Romantik serialın vaxtı dəyişdi

Romantik serialın vaxtı dəyişdi
15:22 30 Oktyabr 2016
174 Şou
Ölkə mətbuatı
A- A+

"Show TV"nin romantik komediya janrında olan serialı "Aşk laftan anlamaz"la bağlı yeni qərar verilib. 

Axşam.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, Hande Erçel və Burak Denizin baş rolda oynadıqları ekran işinin yayım günü dəyişdirilib. Serial çərşənbə günü "Kara sevda", "Poyraz Karayel" və "Diriliş Ertuğrul" kimi rəqiblərin qarşısında reytinqdə geriləyib. Elə buna görə də yaradıcı heyət tək çarəni yayım gününü dəyişməkdə tapıb. 

"Aşk laftan anlamaz" bundan sonra həftənin şənbə günü efirə gedəcək. Serial "Kalbimdeki Deniz", "Tatlı intikam", "Kertenkele: Yeniden doğuş" kimi ekran işləri ilə reytinq mübarizəsi aparacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/484594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR