Azərbaycan müdafiə naziri hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitləri ilə görüşüb

Azərbaycan müdafiə naziri hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitləri ilə görüşüb
12:42 31 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, qoşun qisimləri və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlə iş üzrə zabit heyətinin nümayəndələri ilə görüşüb.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirin əhəmiyyətini vurğulayan müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil apararaq bu istiqamətdə fəaliyyətlərin daha da yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
2016-cı ilin cari dövründə Silahlı Qüvvələrdə döyüş və mənəvi-psixoloji hazırlıq, həmçinin digər vacib sahələrdə qazandığı mühüm uğurlardan danışan nazir, bütün nailiyyətlərin əsasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının dayandığını xüsusi qeyd edib.
Sonda nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin daima gücləndirilməsi ilə bağlı konkret tapşırıqlarını şəxsi heyətin diqqətinə çatdıraraq əmin olduğunu bildirib ki, Azərbaycan Silahlı Qüvvələri xalqın və dövlətin etimadına cavab olaraq qarşıda qoyulan bütün tapşırıqları bundan sonra da qətiyyətlə yerinə yetirəcəkdir.



Xəbərin orijinal ünvanı: http://report.az/herbi/azerbaycan-mudafie-naziri-herbi-hisselerin-sexsi-heyetle-is-uzre-zabitleri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR