Azərbaycan yığmasının məşqçisi "Bursaspor"da çıxış edən hücumçunu izləyib

Azərbaycan yığmasının məşqçisi "Bursaspor"da çıxış edən hücumçunu izləyib
13:22 31 Oktyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanov Türkiyədə olub. "Report"un məlumatına görə, 43 yaşlı mütəxəssis Super Liqada IX turun "Bursapor" - "Konyaspor" matçını izləyib. 
Bursa "Böyükşəhər Bələdiyyəsinin stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. "Timsahlar"ın heyətində FİFA tərəfindən Azərbaycan millisində oynamasına icazə verilən Dəniz Yılmaz da yer alıb. 28 yaşlı hücumçu 90 dəqiqə meydanda olub. Qolları 69-cu dəqiqədə Kubilay Kanatsızkuş, 71-ci dəqiqədə isə Pablo Martin Batalya vurub. 
M.Qurbanov "Report"a açıqlamasında Yılmazın çıxışını normal qiymətləndirib: "Əslində bu futbolçu milliyə çoxdan cəlb olunmalı idi. Çünki o, Azərbaycan pasportunu hələ dünya çempionatının seçmə tsikli ərəfəsində alıb. Sadəcə, zədəli olduğu üçün çağırılmırdı. Artıq zədəsini sağaldıb və oyunlarda 90 dəqiqə meydanda olur. "Konyaspor"la qarşılaşmada Dəniz Yılmaz normal çıxış etdi. Şimali İrlandiya ilə oyun üçün yığmaya çağırılıb-çağırılmamasına dair qərarı baş məşqçi Robert Prosineçki verəcək".
Qeyd edək ki, FİFA Dəniz Yılmazın Azərbaycan millisində oynamasına sentyabrın 2-də qərar verib.                                                

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-yigmasinin-mesqcisi-bursaspor-da-cixis-eden-hucumcunu-izleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR