Rusiya prezidenti ABŞ ilə plutoniumun utilizasiyası barədə sazişə xitam verib

Rusiya prezidenti ABŞ ilə plutoniumun utilizasiyası barədə sazişə xitam verib
17:37 31 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Prezident Vladimir Putin Rusiya və ABŞ arasında plutoniumun utilizasiyası barədə sazişin dayandırılması haqqında federal qanun imzalayıb.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, müvafiq sənəd rəsmi hüquqi informasiya interner portalında dərc edilib.
"Vəziyyətin kökündən dəyişməsi, ABŞ-ın Rusiyaya qarşı dostcasına olmayan hərəkətləri nəticəsində strateji sabitliyin təhlükə altına düşməsi ilə əlaqədar sazişin qüvvədə olması dayandırılsın" - qanunun mətnində deyilir.
Sənəddə həmçinin sazişin ABŞ tərəfinin silah plutoniumunun utilizasiyası üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə dayandırıldığı bildirilib.
Qeyd edək ki, sənəd oktyabrın 19-da Dövlət Duması tərəfindən qəbul edilib və oktyabrın 26-da Federasiya Şurası tərəfindən təsdiqlənib. Qanun oktyabrın 31-də imzalanıb və dərc edildiyi gündən qüvvəyə minib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/rusiya-prezidenti-abs-ile-plutoniumun-utilizasiyasi-barede-sazise-xitam-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR