Azərbaycanlılar qalib gəldi: İran parlamentində “TÜRK MÖHÜRÜ”

Azərbaycanlılar qalib gəldi: İran parlamentində “TÜRK MÖHÜRÜ”
15:03 1 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

İranda azərbaycanlıları təmsil edən deputatlar “Türkdilli deputatlar fraksiyası” yaradıb.

Publika.az xəbər verir ki, qurulan fraksiyanın ilk divan üzvləri Təbriz, Tehran, Urmiya, Mişkinşehir və Hudabende şəhərlərindən olan azərbaycanlı deputatlardır.

Təbrizdən seçilən deputat Əhməd Əlirza İslam Şurası Məclisində (İran parlamenti-red) yaradılan fraksiyanın önəmli olduğunu bildirərək, İranda yaşayan 40 milyon azərbaycanlının haqlarını müdafiə edəcəklərini deyib.

Fraksiyanın yaradılması qərarına 60 deputat imza atıb.

Məlumatlara görə, rəsmi Tehran fraksiyanın yaradılmasına mane olmağa çalışsa da, bunun qarşısını ala bilməyib.

Asif

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR