Koreya Respublikasında siyasi qalmaqal fonunda baş nazir dəyişib

Koreya Respublikasında siyasi qalmaqal fonunda baş nazir dəyişib
10:52 2 Noyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Koreya Respublikasının prezidenti Pak Kın He baş nazir vəzifəsinə Kim Byon Cunu təyin edib.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, o, bu postda Hvan Qyo Anı əvəz edib.
Bundan əlavə, Maliyyə Xidmətləri Komissiyasının rəhbəri İim Con Yun maliyyə naziri təyin edilib. İctimai Təhlükəsizlik Nazirliyinin rəhbəri postuna isə Pak Sın Çju təyinat alıb.
Qeyd edək ki, hökumətdəki dəyişikliklər ölkə prezidenti və onun rəfiqəsi Tsoy Sun Silin adının hallandığı qalmaqalla bağlı yaranmış ictimai təzyiq nəticəsində baş verib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/koreya-respublikasinda-siyasi-qalmaqal-fonunda-bas-nazir-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR